16/03/2021
20:41
3939
| A A A
UEFA Rusiya millisinin oyunu ilə bağlı qərarını açıqladı

Malta və Rusiya yığmaları arasındakı DÇ-2022-nin seçmə mərhələ oyunu təxirə salınmayacaq.

Goal.az xəbər verir ki, UEFA-nın rəsmi saytı matçın planlaşdırılan vaxtda baş tutacağını təsdiqləyib.

Bildirilib ki, Maltada koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qadağalar görüşün keçirilməsinə mane olmayacaq.

Qeyd edək ki, Malta - Rusiya matçı martın 24-də gerçəkləşəcək.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11288 səs