16/07/2021
20:40
1441
| A A A
Səudiyyə Ərəbistanı İtaliya ilə birgə dünya çempionatı keçirmək istəyir

Səudiyyə Ərəbistanı İtaliya ilə birgə 2030-cu ildə dünya çempionatı keçirmək istəyir.

Goal.az xəbər verir ki, iki birgə ərizə vermək niyyətindədir. Bu ideya gerçəkləşsə, dünya çempionatı ilk dəfə iki fərqli qitədə təşkil olunacaq.

Daha əvvəl İspaniya - Portuqaliya, İngiltərə - İrlandiya, Argentina - Uruqvay - Paraqvay, Rumıniya - Yunanıstan və Bolqarıstan - Serbiya birgə namizədliklərini irəli sürmək istəklərini bəyan ediblər.

Qeyd edək ki, DÇ-2022 Qətərdə, DÇ-2026 isə Meksika, ABŞ və Kanadada keçiriləcək. (report)