23/11/2021
14:36
1238
| A A A
FİFA kuboku Qətərə yolladı

DÇ-2022 öncəsi sınaq yarışı kimi keçiriləcək "Ərəb Kuboku 2021"in əsas mükafatı Qətərə aparılıb.

Goal.az xəbər verir ki, turnir 30 noyabr tarixində start götürəcək.

Turnir keçirilən dövrdə Qətərdə havanın temperaturu 19-24°C olacaq. Bu isə futbol və istirahət üçün ideal şəraitdir.

Turnirin matç cədvəli elə qurulub ki, azarkeşlər qrup mərhələsində gündə birdən çox matçı izləyə bilsinlər. Tribunalarda pandemiya səbəblə sosial məsafə qaydaları tədbiq olunacaq.

Qeyd edək ki, FIFA Ərəb Kubokunda ərəb ölkələrindən 16 ən yaxşı komanda iştirak edəcək. Bu klublar dörd qrupa bölünüb və qrupda birinci və ikinci yerləri tutanlar pley-offa yüksələcək.