30/03/2022
07:44
1186
| A A A
Seneqal millisi DÇ-2022-yə vəsiqəni təmin edib

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinə yekun vurulub.

Goal.az xəbər verir ki, bu gün həlledici qarşılaşmalar keçirilib və Afrikanı mundialda təmsil edəcək bütün komandaların adına aydınlıq gəlib.

Cavab final qarşılaşmalarında müsbət nəticə əldə edən Seneqal, Qana, Kamerun, Mərakeş və Tunis yığmaları mundialda iştirak hüququ qazanıblar.

Dünya çempionatı 21 noyabr-18 dekabrda Qətərdə keçiriləcək. Daha öncə Avropadan Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, İspaniya, Serbiya, İngiltərə, İsveçrə, Niderland, Portuqaliya və Polşa DÇ-nin final mərhələsinə vəsiqə əldə edib. Digər qitələrdən isə hələlik Braziliya, Argentina, İran, Cənubi Koreya, Yaponiya, Səudiyyə Ərəbistanı, Ekvador, Uruqvay və Kanada bu uğura nail olub. Qətər yığması isə təşkilatçı ölkə kimi birbaşa mundialda iştirak hüququ qazanıb.

DÇ-2022-nin Afrika zonası üzrə seçmə mərhələsi

Seneqal – Misir 1:0 (penaltilər 3:1)

İlk oyun 0:1

Əlcəzair – Kamerun 1:2

İlk oyun 1:0

Nigeriya – Qana 1:1

İlk oyun 0:0

Mərakeş – Konqo 4:1

İlk oyun 1:1

Tunis – Mali 0:0

İlk oyun 1:0