31/03/2022
12:15
1115
| A A A
DÇ-2022 üçün 800 mindən çox bilet satılıb

Bu il keçiriləcək dünya çempionatının final mərhələsinin oyunları üçün 800 mindən çox bilet satılıb.

Goal.az xəbər verir ki, biletləri ən çox Qətər, ABŞ, İngiltərə, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, Hindistan, Braziliya, Argentina və Səudiyyə Ərəbistanından olan azarkeşlər alıblar.

Ən çox tələbat isə açılış və final matçlarına olub. İndiyədək ümumilikdə 804 186 bilet satılıb. Satışın ikinci mərhələsi aprelin 5-də start götürəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Final mərhələsinin püşkatma mərasimi aprelin 1-də olacaq.(report)