01/04/2022
11:17
5870
| A A A
İtaliya millisi DÇ-da iştirak edəcək?

İtaliya millisi DÇ-2022-də iştirak edə bilər.

Goal.az xəbər verir ki, bu, FİFA-nın İranı yarışın iştirakçıları siyahısından çıxaracağı halda mümkün ola bilər.

Ali futbol qurumu İranda qadınların stadionlara girişinə icazə verilmədiyi üçün bu qərarı verə bilər. FİFA İranı mundialdan kənarlaşdırsa, İtaliya millisi final mərhələsinə vəsiqə qazanmayanlar arasında ən yüksək reytinqə malik olduğu üçün DÇ-2022-də iştirak edəcək.

Xatırladaq ki, İtaliya millisi dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyununda Şimali Makedoniyaya 0:1 hesabı ilə uduzaraq, ardıcıl ikinci dəfə mundialda iştirakdan məhrum olub.