28/05/2022
21:04
992
| A A A
Üzərində DÇ-2022-nin loqosu olan nömrə yarım milyon ABŞ dollarına satılıb

Qətərdə üzərində 2022-ci il dünya çempionatının rəsmi loqosu olan 50 avtomobil nömrəsi satılıb.

Goal.az xəbər verir ki, ən bahalı nömrənin qiyməti təxminən 495 min ABŞ dolları təşkil edib.

Bildirilib ki, sifariş verən şəxslər 2 gün ərzində ödəniş etməsə, nömrəni almaq hüququnu itiricəklər. Bundan başqa, həmin şəxs cərimə olunacaq.

Nömrə nişanları iyunda avtomobillərə quraşdırılacaq.

Qeyd edək ki, Qətərdə keçiriləcək mundial noyabrın 21-də başlayacaq və dekabrın 18-dək davam edəcək. (report)