DÇ-2022: Bu gün daha 4 oyun keçiriləcək
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında bu gün daha 4 oyun keçiriləcək.
Goal.az xəbər verir ki, günün ilk matçı F qrupunda olacaq. Xorvatiya millisi Mərakeşi sınağa çəkəcək.
Bu qrupun digər matçında Belçika yığması Kanada ilə münasibətlərinə aydınlıq gətirəcək.
E qrupunda Almaniya seçməsi Yaponiya, İspaniya isə Kosta Rika ilə üz-üzə gələcək. (report)