24/11/2022
10:18
838
| A A A
DÇ-2022: Braziliya və Portuqaliya yığmaları mübarizəyə başlayır

Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək.

Goal.az xəbər verir ki, günün ilk görüşü G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI