24/11/2022
12:29
1843
| A A A
İspaniya millisindən tarixi rekord

İspaniya millisi dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, Pireney təmsilçisi buna Qətərdəki mundialda Kosta Rika yığmasını 7:0 hesabı ilə darmadağın etdikləri E qrupunun ilk tur oyununda 81,7 faizlik göstərici ilə nail olub.

Əvvəlki rekord Argentina yığmasına məxsus olub - 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə çatıb. 3-cü pillədə DÇ-2018-in Rusiya - İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq. (report)