DÇ-2022: Bu gün 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq
Qətərdə təşkil olunan dünya çempionatında bu gün daha 2 qrupda mübarizəyə yekun vurulacaq.
Goal.az xəbər verir ki, bununla da 1/8 finalın daha 4 iştirakçısı bəlli olacaq.
E qrupunda İspaniya millisi Yaponiya ilə, Almaniya yığması isə Kosta Rika ilə qarşılaşacaq. Bu qrupda hər bir ölkənin pley-off şansı davam edir.
F qrupunda isə Kanada Mərakeşi, Xorvatiya Belçikanı sınağa çəkəcək. Şimali Amerika təmsilçisinin mundialla vidalaşması dəqiqləşib. Digər 3 yığma isə 1/8 finala 2 vəsiqə uğrunda mübarizə aparacaq. (report)