01/12/2022
14:41
1748
| A A A
Meksika millisinin baş məşqçisi istefa verib

Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.

Goal.az xəbər verir ki, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin III turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb.

Argentinalı baş məşqçi qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. "Bu, dəhşətli məyusluqdur".

Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Xerardo Martino 2019-cu ildən Meksika millisində işləyib.