02/12/2022
10:38
1781
| A A A
DÇ-2022: Bu gün qrup mərhələsinə yekun vurulacaq

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Goal.az xəbər verir ki, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

G qrupunda pley-offa vəsiqəni təmin edən Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək. İsveçrəlilər qələbə qazanacaqları halda, Kamerun - Braziliya görüşünün nəticəsindən asılı olmayaraq, mərhələ adlayacaqlar.

H qrupunda isə millisi minimum vəzifənin öhdəsindən gələn Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Afrika təmsilçisi qələbə sayəsində 1/8 finala yüksələ bilər.