Jiru finalı buraxa bilər
Fransa millisi Qətərdə təşkil olunan dünya çempionatının finalında Argentina ilə qarşılaşacaq.
Goal.az xəbər verir ki, fransalı hücumçu Olivye Jiru həlledici oyunu buraxa bilər. Buna səbəb 36 yaşlı forvardın dizində yüngül ağrıların olmasıdır.
Jiru dünya çempionatında 5 matçda 4 qol vurub.
Dekabrın 18-də keçiriləcək Argentina - Fransa matçına saat 19:00-da start veriləcək.