27/12/2022
11:22
2279
| A A A
Rusiya DÇ-2026-da iştirak edə bilər

Rusiya Asiya Futbol Konfederasiyasına keçəcəyi halda DÇ-2026-nın seçmə mərhələsində iştirak edə biləcək .

Goal.az xəbər verir ki, bu barədə "Match TV" məlumat yayıb. FİFA Rusiya yığmasının Asiya təşkilatına keçəcəyi təqdirdə onun seçmə mərhələsində iştirakına mane olmayacaq. Qeyd olunub ki, bu, Rusiya Futbol Federasiyasının (RFU) UEFA -dan AFC-yə transferi üçün həlledici arqument ola bilər.

Xatırladaq ki, bir qədər əvvəl RFU prezidenti Aleksandr Dyukov bildirmişdi ki, birliyin Asiya Konfederasiyasına verilməsi ilə bağlı qərar dekabrın 27-də açıqlanacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI