26/03/2019
09:50
2768
| A A A
AVRO-2020-nin seçmə mərhəsində II tura yekun vurulur

Bu gün AÇ-2020-nin seçmə mərhələsində II tura yekun vurulacaq.



Goal.az xəbər verir ki, iki turu əhatə edən altıgünlük milli komandalar həyəcanı 8 matçla yekunlaşacaq.

Görüşlər D, F və J qruplarında baş tutacaq. İlk matçına səfərdə çıxacaq Danimarka D qrupunda İsveçrə ilə üz-üzə gələcək. Sonuncular kimi ikinci qələbə arzusunda olan İrlandiya Gürcüstanı qəbul edəcək.

Digər iki qrupun hərəsində üç oyun keçiriləcək. F qrupunda yarışa qələbə ilə start verən Malta ilə İspaniya qarşılaşacaq. Skandinaviyalıların duelində İsveçlə Norveç münasibətlərini ayırd edəcək. Turnirə uğursuz başlayan Rumıniya ilə San-Marino sonuncuların meydanında üz-üzə gələcək.

J qrupunda hesabında xal olmayan Ermənistanla Finlandiya tura start verəcək. İlk turda qələbə əldə edən Bosniya və Herseqovina ilə Yunanıstan Zenitsada qarşılaşacaq. İtaliya isə ikinci qələbəsini Lixtenşteyndə qazanmağa çalışacaq.

Qeyd edək ki, seçmə mərhələnin növbəti oyunları iyunun 7-8-də keçiriləcək.

AVRO-2020-nin seçmə mərhələsi

D qrupu

23:45. İrlandiya – Gürcüstan

23:45. İsveçrə - Danimarka

F qrupu

23:45. Malta – İspaniya

23:45. Norveç – İsveç

23:45. Rumıniya – Farer adaları

J qrupu

21:00. Ermənistan – Finlandiya

23:45. Bosniya və Herseqovina – Yunanıstan

23:45. İtaliya – Lixtenşteyn

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33870 səs