07/09/2019
11:00
1700
| A A A
AÇ-2020: 5-ci tura yekun vurulur

AÇ-2020-nin seçmə mərhələsinin 5-ci turunun növbəti oyunları keçirilir.

Goal.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma keçirilib. J qrupunda İtaliya millisi Ermənistanla səfər oyunundan əzmkar qələbə ilə ayrılıb. Yunanıstan yığması isə Finlandiya səfərində minimal hesabla uduzub. Azərbaycan millisinin keçmiş baş məşqçisi Roberto Prosineçkinin rəhbərlik etdiyi Bosniya və Herseqovina Lixtenşteynlə ev oyununda 5 cavabsız qola sevinib.

F qrupunda İspaniya Rumıniyanı sınağa çəkib və çətinliklə də olsa, qələbə qazanıb. Norveç isə Maltanı 2 cavabsız qolla üstələyib.

Azərbaycan millisinin yer aldığı E qrupunun oyunları dünən keçirilib. Azərbaycan yığması Uelsin, Xorvatiya isə Slovakiyanın qonağı olub. Millimizin növbəti məğlubiyyətinə üzüldüyü gündə xorvatlar darmadağına seviniblər.

Günün mərkəzi oyununda C qrupunda mübarizə aparan Almaniya və Hollandiya yığmaları üz-üzə gəlib. “Volkspark” stadionunda keçirilən qarşılaşmada qapılara bütövlükdə 6 qol vurulub. Qələbəni isə qonaqlar bayram ediblər.

Turun qalan oyunları bu gün keçiriləcək. A qrupunda Kosova Çexiyanı, İngiltərə isə Bolqarıstanı qəbul edəcək. H qrupunda liderlər sırasında qərarlaşan İslandiya Moldovanı, Fransa Albaniyanı, Türkiyə isə Andorranı qəbul edəcək. B qrupunda Ukrayna Litvanın qonağı olacaq. Serbiya isə Portuqaliya ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
40024 səs