08/10/2019
17:29
1254
| A A A
"Azarkeşləri Şimali Koreyaya göndərmək asan olmayacaq” - Seul bəyanat yaydı

Koreya Respublikasının Birləşmə naziri futbol üzrə 2022-ci il dünya çempionatının seçmə turnirinin oktyabrın 15-də Koreya Xalq Demokratik Respublikasında iki ölkənin milli komandaları arasında təşkil olunacaq oyununa azarkeşlərin göndərilməsi ilə bağlı yaranan problemlər barədə bəyanat verib. Qurumun nümayəndəsi Li San Min bazar ertəsi Seulda keçirilən mətbuat konfransında bildirib ki, Pxenyan Cənubi Koreya tərəfinin bu məsələnin müzakirə edilməsi təklifinə indiyədək heç bir reaksiya verməyib.

“Bizim bu məsələni KXDR nümayəndələrinə səsləndirməyimizə baxmayaraq, hələ ki, irəliləyiş yoxdur. Matçın artıq bir həftədən sonra keçiriləcəyini nəzərə alsaq, azarkeşlərdən ibarət qrupu Şimali Koreyaya göndərmək asan olmayacaq”, - deyə Li San Min qeyd edib.

KXDR və Cənubi Koreya yığmaları 2022-ci il dünya çempionatının seçmə turnirinin ikinci mərhələsində Asiya Futbol Konfederasiyasında eyni qrupda çıxış edirlər. KXDR komandası iki oyunda 6 xal toplayaraq qrup cədvəlində birinci yeri tutur. İkinci yerdə Cənubi Koreya yığması (1 oyun, 3 xal) qərarlaşıb. Sonrakı yerlərdə Türkmənistan (2 oyun, 3 xal), Livan (1 oyun, 0 xal) və Şri-Lanka (2 oyun, o xal) komandaları gəlir. Üçüncü raunda 8 qrupun hərəsindən 2 ən yaxşı komanda keçəcək.

KXDR və Cənubi Koreya yığmaları 2010-cu il dünya çempionatının seçmə turnirinin üçüncü raundunda eyni qrupda oynamışdılar. Hər iki görüş 0:0 hesablı heç-heçə ilə başa çatmışdı. Bununla belə, nominal ev sahibinin KXDR komandasının olduğu matçlardan biri Şanxaydakı neytral meydançada keçirilmişdi. (TASS)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37238 səs