15/10/2019
16:00
608
| A A A
KXDR və Cənubi Koreya yığmaları 29 il sonra üz-üzə gəldilər

Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə Cənubi Koreyanın futbol üzrə milli komandaları 29 ildən sonra Pxenyanda qarşılaşıblar.

Goal.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

Matça azarkeşlər və əcnəbi jurnalistlər buraxılmayıb. Bununla belə, görüşü canlı izləyənlər arasında FIFA prezidenti Canni İnfantino da olub.

Bu komandalar 2010-cu il dünya çempionatının seçmə mərhələsində də eyni qrupa düşüblər. Həmin vaxt KXDR rəqibini Çində qəbul edib.

Qeyd edək ki, 3 turdan sonra H qrupunda liderliyi bölüşən hər iki komandanın hesabında 7 xal var.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs