26/03/2021
10:45
5222
| A A A
İbrahimoviç tarixə keçdi

İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, buna DÇ-2022-nin seçmə mərhələsinin 1-ci turunda Gürcüstanla matçda start heyətdə meydana çıxaraq nail olub.

39 yaş 173 günündə bu görüşdə iştirak edən Zlatan İsveç millisində oynayan ən yaşlı oyunçu rekordunu qırıb. O, 1997-ci ildə İsveçdə 38 il 1 ay oynayan qapıçı Tomas Ravellinin rekordunu yeniləyib.

Qeyd edək ki, İbrahimoviç 5 ildən sonra milliyə qayıdıb.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11385 səs