29/03/2021
11:55
1761
| A A A
Levandovski Dzekoya çatdı

Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələlərinin ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub.

Goal.az xəbər verir ki, Andorra ilə matçda (3:0) dubl edən Polşa millisinin üzvü Robert Levandovski siyahıda 3-cü sıraya şərik çıxıb. O, bosniya və herseqovinalı Edin Dzekoya çatıb. Hər iki hücumçunun aktivində 24 top var.

Siyahıya Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo başçılıq edir. Onun aktivində 30 qolu var. Ukraynalı Andrey Şevçenko 26 topla ikincidir.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs