30/03/2021
14:43
1093
| A A A
İngiltərə millisində yeni rekordsmen

İngiltərə milli komandası DÇ-2022-nin seçmə mərhələsinin 2-ci turunda səfərdə Albaniyanı məğlub edib – 2:0.

Goal.az xəbər verir ki, sözügedən qarşılaşma İngiltərə yığmasının qapıçısı Nik Pope üçün rekordla əlamətdar olub. Albaniya ilə matç 28 yaşlı futbolçunun İngiltərə yığmasındakı 6-cı oyunu olub.

Bu qarşılaşmaların hamısında “çərçivə”ni toxunulmaz saxlayan Pope, İngiltərə millisindəki ilk 6 oyununda bunu bacaran ilk qapıçı olub.

Burnley klubunda çıxış edən Pope, 2018-ci ildə İngiltərə yığmasında debüt edib.

Çempionlar Liqasını kim qazanacaq?

CHELSEA
%
MANCHESTER CITY
%
11022 səs