05/05/2021
13:54
1737
| A A A
Azərbaycan - Portuqaliya matçının stadionu bəlli oldu

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin Portuqaliya yığmasını qəbul edəcəyi stadion müəyyənləşib.

Goal.az xəbər verir ki, bu oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sentyabrın 7-də keçiriləcək bu matça saat 20:00-da start veriləcək.