03/09/2021
10:40
2353
| A A A
İngiltərə millisinin iki futbolçusu irqçi təhqirlərə məruz qalıb

İngiltərə millisinin futbolçuları Rahim Sterlinq və Cud Bellingem irqçi təhqirlərə məruz qalıb.

Goal.az xəbər verir ki, hadisə Macarıstanı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri 2022-ci dünya çempionatının seçmə oyununda baş verib.

Matç zamanı tribunadakı macarıstanlı azarkeşlər hər iki oyunçunu meymun adlandırıb. İngiltərə Futbol Assosiasiyası məsələ ilə bağlı FIFA-ya müraciət edəcəklərini açıqlayıb.

Bundan əlavə, fanatlar ingiltərəli futbolçulara plastik qablar da atıblar.(report)