04/09/2021
15:46
4683
| A A A
İngiltərə millisində ağır itki

İngiltərə millisinin üzvü Ceydon Sanço yığmanın heyətindən çıxarılıb.

Goal.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyası məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi məşqdə zədələnib. Bu səbəbdən O, DÇ-2022-nin seçmə mərhələsində Andorra və Polşa ilə matçlarda oynaya bilməyəcək.

Qeyd edək ki, İngiltərə Andorra ilə sabah, Polşa ilə isə sentyabrın 8-i qarşılaşacaq.