05/09/2021
14:20
2824
| A A A
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlanıb

Azərbaycan və Portuqaliya milli komandaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, A qrupunun qarşılaşması İtaliyadan olan hakimlər briqadasına tapşırılıb.

A qrupu

20:00. Azərbaycan - Portuqaliya

Baş hakim: Marko Quida (İtaliya)

Baş hakimin köməkçiləri: Filippo Meli (İtaliya), Alessandro Kostanzo (İtaliya).

Dördüncü hakim: Fabio Mareska (İtaliya)

VAR hakimləri: Marko Di Bello, Çiro Karbone (İtaliya)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

FIFA nümayəndəsi: Milovan Cukanoviç (Monteneqro)

Qeyd edək ki, görüş Bakı Olimpiya Stadionunda keçiriləcək.