İbrahimoviç DÇ-2022-nin pley-off mərhələsini buraxa bilər
İsveç millisinin və Milan-ın hücumçusu Zlatan İbrahimoviç zədə səbəbindən DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsini buraxa bilər.
Goal.az xəbər verir ki, 40 yaşlı hücumçu İtaliya çempionatının 23-cü turunun Juventus-la oyununda (0:0) zədələnib.
Qeyd edək ki, İsveç millisi DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Çexiya ilə qarşılaşacaq.